Rusiya Ordusu Luqanskda internat məktəbini atəşə tutdu - FOTO

10:32 - 11 May 2022

Rusiya Ordusu Luqanskda internat məktəbini atəşə tutdu - FOTO

Rusiya Silahlı Qüvvələri Qorskidəki regional internat məktəbini atəşə tutub.

 

Manset.az xəbər verir ki, bu barədə Luqansk vilayətinin rəhbəri Sergey Qayday xəbər verib.

“Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı rayon məktəbinin binasında partlayış baş verib. Müəssisə müasir şəkildə təmir olunmuş və yeni avadanlıqla təchiz edilmişdi. Xoşbəxtlikdən uşaqlar əvvəlcədən təxliyə edilib”, - deyə o bildirib.

Vilayət rəhbərinin məlumatına görə, həmçinin Vrubovka, Rubejnoye, Lisiçansk, Severodonetsk şəhərlərində çoxmərtəbəli yaşayış binaları, hotel və mədəniyyət evi atəşə tutulub.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az