Ukrayna Rusiyadan qaz nəqlini dayandırdı

13:40 - 11 May 2022

Ukrayna Rusiyadan qaz nəqlini dayandırdı

Ukrayna Rusiyadan təbii qaz axınını qismən dayandırıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynanın qaz operatoru dünən bildirib ki, qazı Rusiya qüvvələri tərəfindən işğal olunmuş Soxranivka bölgəsindəki tranzit məntəqəsindən Ukraynanın nəzarətində olan əraziyə yönəldəcək.

Təbii qaz axınının dayandırılmasına səbəb kimi Rusiya qoşunlarının müdaxiləsi göstərilsə də, “GTSOU” şirkətinin baş direktoru Sergiy Makoqon Reuters agentliyinə bildirib ki, Rusiya qüvvələri Ukrayna ərazisindən keçən təbii qazı Ukraynanın şərqindəki separatçı qüvvələrə göndərib.

Şəbəkə operatorunun ötən gün yaydığı məlumatlar tranzit məntəqəsi vasitəsilə Rusiya qazının daşınmadığını göstərib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az