Türkiyədə ticarət mərkəzində tavan uçdu: Dağıntılar altında qalanlar axtarılır - VİDEO

15:03 - 11 May 2022

Türkiyədə ticarət mərkəzində tavan uçdu: Dağıntılar altında qalanlar axtarılır - VİDEO

Türkiyənin Bursa şəhərində ən böyük ticarət mərkəzi “Zafer Plaza”da bir geyim mağazasının tavanı uçub.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, insidentin ardınca mərkəzdə olan alıcılar çölə qaçmağa başlayıb.

İlkin məlumata görə, məşhur geyim mağazasında yaranan yanğından sonra mağazanın tavanı uçub.

Hadisə yerinə çox sayda polis, yanğınsöndürən və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb olunub.

Hazırda dağıntılar arasında qalanların olub-olmaması araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az