Zelenski NATO sammitinə dəvət olundu

21:13 - 11 May 2022

Zelenski NATO sammitinə dəvət olundu

NATO Volodimir Zelenskini və Asiya-Sakit okean regionundakı tərəfdaşlarını iyunda Madriddə keçiriləcək sammitə dəvət edib.

Manşet.az xəbər verir ki, bu sözləri NATO baş katibinin müavini Mirça Coana bildirib.

O qeyd edib ki, alyans sammitdə şərq cinahında hərbi mövcudluğa dair qərarlar qəbul etməyi planlaşdırır.

Görüşü tarixi adlandıran Coana əlavə edib ki, sammitin gündəliyində əsas məsələ hərbi ittifaqın yeni strateji konsepsiyası olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az