Türkiyədə ağır qəza - ölən və yaralananlar var

23:35 - 11 May 2022

Türkiyədə ağır qəza - ölən və yaralananlar var

Türkiyənin Manisa əyalətində fabrik işçilərini daşıyan avtobus yük maşını ilə toqquşub.

Manşet.az xəbər verir ki, hadisə Turqutlu rayonunda baş verib.

Qəza zamanı azı 1 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Yaralılardan 7-nin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbi hələlik açıqlanmayıb.

Faktla əlaqədar araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az