BMT müharibə nəticəsində ölkəsini tərk edən ukraynalıların yeni sayını açıqlayıb.
Manset.az xəbər verir ki, bu rəqəmin 6 milyonu ötdüyü bildirilib.
Qeyd olunub ki, son statistikaya görə digər ölkələrə sığınan ukraynalıların sayı 6 029 705 nəfərdir. Onların 90%-ni qadın və uşaqlar təşkil edir. 18-60 yaş arası kişilərin ölkədən çıxışına icazə verilmir.
İlin sonunadək qaçqınların sayının 8 milyonu keçəcəyi gözlənilir.