Xerson vilayətinin Bolşaya Aleksandrovka kəndində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus silah-sursat anbarına sarsıdıcı zərbə endirib.
Manset.az UNİAN informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin teleqram kanalında məlumat verilib.
Ukraynalı müdafiəçilər qeyd ediblər ki, texnika və raket ehtiyatı ilə yanaşı, Rusiya ordusunun 70-ə yaxın şəxsi heyətini məhv etməyə nail olublar.