Rusiya hərbçiləri bu istiqamətdə geri çəkilir

00:16 - 15 May 2022

Rusiya hərbçiləri bu istiqamətdə geri çəkilir

Rusiya hərbçiləri Ukraynanın İzyum şəhəri istiqamətində geri çəkilməyə başlayıb.

Manset.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Borovsk kənd şurası məlumat yayıb.

Hazırda Podvısokoyedə olan Rusiya hərbçiləri kütləvi şəkildə Qoroxovatkaya köçürlər.

“Yəqin ki, bu, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində cəbhə xəttinin hərəkəti ilə bağlıdır: gecə və səhər Podvısokoye, Buqaevka, Kunyedən güclü partlayış səsləri eşidilib”, - məlumatda deyilir.

Bununla yanaşı, Rusiya ordusunun canlı qüvvəsi və texnikası daim dəyişir. Texnikanın bir hissəsi yaşayış məntəqələrində və yerli meşələrdə cəmləşməkdə davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az