Türkiyə kəşfiyyatı Suriyada təhlükəli terrorçunu zərərsizləşdirdi

18:15 - 15 May 2022

Türkiyə kəşfiyyatı Suriyada təhlükəli terrorçunu zərərsizləşdirdi

Türkiyə xüsusi xidmət orqanlarının Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində “Xayri” ləqəbli PKK terrorçusu Ekrem Üstək zərərsizləşdirilib.

Manset.az "Anadolu"ya istinadən xəbər verir ki, cinayətkar Ayn əl-Ərəb bölgəsində gizləndiyi yerdə aşkarlanıb.

Üstək Türkiyə polisinin ölümünə səbəb olan hücumlarda iştirak edib.

O, 90-cı illərdə PKK-nın cinayətkar fəaliyyətlərində, xüsusilə adam oğurluğu, partlayıcı qurğu və sursatların tədarükü, adam öldürməyə cəhd, oğurluq və azyaşlıların terrorçulara verilməsində iştirak etdiyinə görə uzun illər həbsdə yatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az