Rusiyanın Sənaye və Ticarət Nazirliyi Fransanın Renault şirkətinin Rusiyadakı bütün aktivlərinin Rusiya dövlətinə keçdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Sənaye və Ticarət Nazirliyi Renault ilə şirkətin Rusiyadakı bütün aktivlərinin Rusiya hökumətinə və Moskva bələdiyyə administrasiyasına verilməsinə dair müqavilə imzalandığını açıqlayıb.
Müqaviləyə əsasən, Renault Rusiya şirkətinin bütün payı Moskva bələdiyyə hökumətinə verilib.
Fransa şirkətinin ölkənin ən böyük avtomobil şirkəti olan “Avtovaz”dakı 68 faizlik payı Rusiyanın “NAMI” institutuna keçəcək.
Renault 6 il ərzində Avtovazdakı payını geri almaq hüququna malikdir.