İsveç və Finlandiya FETÖ və PKK-dan 33 terrorçunu ekstradisiya etməyəcəklərini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyə Ədliyyə Nazirliyi məhkəmə qərarlarına uyğun olaraq son 5 ildə Finlandiyadan 6-sı FETÖ, 6-sı PKK-çı olmaqla 12 terrorçunun ekstradisiyasını tələb edib.
Bundan başqa, İsveçdən 10-u FETÖ, 11-i PKK üzvü olmaqla 21 nəfər ekstradisiyası istənilib.
Bununla da iki ölkədən ekstradisiyası tələb olunan terrorçuların sayı 33-ə çatıb.
İsveç və Finlandiya FETÖ və PKK-dan 33 terrorçunu ekstradisiya etməyəcəklərini açıqlayıb.
İki ölkə 19 terrorçunun ekstradisiyası tələbini rədd edib, onlardan 5-ini müxtəlif səbəblərdən cavabsız qoyub.
Finlandiyada 2, İsveçdə 7 olmaqla iki ölkədə 9 ekstradisiya məsələsinə baxılması ilə bağlı proses davam edir.