“McDonalds” Rusiyadakı biznesini satır

14:48 - 16 May 2022

“McDonalds” Rusiyadakı biznesini satır

Amerikanın “McDonalds” restoranlar şəbəkəsi Rusiya bazarını tərk etmək qərarına gəlib.

 

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət yayıb.

“Ölkədə 30 ildən çox davam edən fəaliyyətdən sonra McDonald's Rusiya bazarını tərk etdiyini və Rusiya biznesini satmağa başladığını elan edib”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Rusiya Ukraynaya qarşı hərbi əməliyyata başladıqdan sonra bir neçə xarici şirkət kimi, “McDonalds” da mart ayının əvvəlində Rusiyada yerləşən bütün restoranlarını müvəqqəti olaraq bağladığını bəyan etmişdi. Burada söhbət şirkətin Rusiyada fəaliyyət göstərən ümumilikdə 850 restoranından gedir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az