Rusiyadan Finlandiya və İsveçə daha bir XƏBƏRDARLIQ

15:50 - 16 May 2022

Rusiyadan Finlandiya və İsveçə daha bir XƏBƏRDARLIQ

“Finlandiya və İsveçin NATO-ya qoşulması səhv addım olardı”.

 

Manset.az “TASS”agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Ryabkov Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı qərarlarını ciddi fəsadları olacaq səhv adlandırıb: “Onlar bizim bununla barışacağımızı düşünürlərsə, yanılırlar”.

Xatırladaq ki, Finlandiya hökuməti Rusiyanın xəbərdarlıqlarına məhəl qoymayaraq NATO-ya qoşulmaq niyyətində olduğunu bildirib. İsveçin hakim Sosial Demokrat Partiyası da ölkənin NATO üzvlüyünə dair ərizə vermək barədə qərar qəbul edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az