“Bu, Rusiyanın cavabına səbəb olacaq” - Putin

16:38 - 16 May 2022

“Bu, Rusiyanın cavabına səbəb olacaq” - Putin

“Finlandiya və İsveç ərazisində NATO-nun hərbi infrastrukturunun genişləndirilməsi Rusiyanın cavabına səbəb olacaq”.

 

Manset.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin liderlərinin sammitində çıxışı zamanı deyib.

Putin qeyd edib ki, cavabın necə olacağı Rusiyaya qarşı yaranan təhdidlərə uyğun olaraq təyin ediləcək.

Onun sözlərinə görə, NATO-nun genişlənməsi süni xarakter daşıyır: “Rusiyanın Finlandiya və İsveç ilə problemi yoxdur, buna görə də, bu ölkələrin NATO-ya üzv olması Rusiyaya birbaşa təhlükə yaratmır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az