Bu ölkə də “Avroviziya”dakı səsvermədən narazıdır

16:45 - 16 May 2022

Bu ölkə də “Avroviziya”dakı səsvermədən narazıdır

Rumıniya da “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin final səsverməsindən narazıdır.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin TVR telekanalı bəyanat yayıb.

Qeyd olunur ki, Rumıniya peşəkar münsiflər heyəti 12 xalı Moldovaya versə də, təşkilatçılar həmin xalları Ukraynanın xeyrinə hesablayıb. 

Rumıniya tərəfi Avropa Yayım Birliyinin bu addımından təəccübləndiyini bildirib.

Qeyd edək ki, Rumıniyanı müsabiqədə “Llámame” adlı mahnı ilə WRS təmsil edib. O, münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 18-ci pillədə qərarlaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az