Putin Paşinyanla Qarabağı müzakirə ETDİ

22:40 - 16 May 2022

Putin Paşinyanla Qarabağı müzakirə ETDİ

Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağ müzakirə edib.

Manşet.az xəbər verir ki, tərəflər eyni zamanda iqtisadi məsələləri müzakirə ediblər. Putin ölkələr arasında ticarətin intensivləşdiyini qeyd edib.

Qeyd edək ki, Paşinyan Moskvaya KTMT-yə üzv ölkələrin liderlərinin sammitinə gəlib.

"Biz Qarabağ probleminin həllində birgə fəal işləməyə davam edirik. Üçtərəfli formatda, Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə. Bir çox məsələlər var. Sizin görüşmək və bütün komplekslər haqqında danışmaq imkanı əldə etdiyimə görə şadam", - Putin əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az