“Azovstal”da humanitar əməliyyat davam edir - FOTO/VİDEO

17:18 - 17 May 2022

“Azovstal”da humanitar əməliyyat davam edir - FOTO/VİDEO

Mariupoldakı “Azovstal” zavodunda humanitar əməliyyat davam edir.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə naziri İrina Vereşçuk bildirib.

“Həyatlarının xilası naminə ötən gün 52 ağır yaralı hərbçimiz təxliyə edilib. Onların vəziyyəti stabilləşdikdən sonra biz onları rusiyalı hərbi əsirlərlə dəyişdirəcəyik”, - deyə baş nazirin müavini bildirib.

O, həmçinin humanitar əməliyyatın sonrakı mərhələləri üzərində işlər getdiyini bildirib.

“Allah qoysa, hər şey yaxşı olacaq”, - deyə Vereşçuk, sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Mariupol müdafiəçilərinin “Azovstal” metallurgiya zavodunun ərazisindən xilas edilməsi əməliyyatı barədə danışıb. O, Ukraynaya qəhrəmanların canlı lazım olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az