Avstraliyanın baş naziri Skott Morrison uşaq komandası ilə futbol oynayarkən gözlənilməz vəziyyətlə üzləşib.
Manşet.az xəbər verir ki, Morrison uşaqlardan birinin üstünə yıxılıb. Gənc futbolçuların əlindən topu almaq istəyən baş nazir irəli atılarkən “7” nömrəli köynəkdə olan oğlana dəyir və hər ikisi yerə yıxılır.
Morrison cəld oğlanı yuxarı qaldıraraq onun vəziyyətinin yaxşı olmasını yoxlayıb.