Moldova prezidenti Rusiya qoşunlarının ölkədən çıxarılmasını tələb ETDİ

22:34 - 18 May 2022

Moldova prezidenti Rusiya qoşunlarının ölkədən çıxarılmasını tələb ETDİ

Dnestryanı bölgədə rusiya qoşunlarının olması Moldovanın neytral statusuna ziddir.

Manşet.az xəbər verir ki, bunu Moldova prezidenti Mayya Sandu bəyan edib.

“Konstitusiyaya görə, Moldova neytral ölkədir və bunu vətəndaşları da dəstəkləyir. Lakin Rusiya hərbçilərinin Dnestryanı bölgədə olması neytrallığı və müstəqilliyimizi pozur. Ona görə də biz Rusiya hərbçilərinin ölkəmizin ərazisindən çıxarılmasını tələb edirik”, - deyə o, Avropa parlamentində keçirilən plenar iclasda bildirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az