Rusiyanın Ukraynada itkiləri AÇIQLANDI

11:18 - 19 May 2022

Rusiyanın Ukraynada itkiləri AÇIQLANDI

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlandı.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 28 500 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, Rusiya tərəfinin 1 254 ədəd tankı, 3 063 ədəd zirehli döyüş maşını, 595 ədəd artilleriya sistemi, 199 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 203 ədəd hərbi təyyarəsi, 167 ədəd helikopteri, 103 qanadlı raket, 2 157 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 455 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az