Putin onları ordu rəhbərliyindən qovdu

12:49 - 19 May 2022

Putin onları ordu rəhbərliyindən qovdu

Rusiya ordusunda Ukraynada döyüş meydanında uğursuzluqlara görə yüksək komandanlıq kütləvi şəkildə işdən çıxarılır.

 

Manset.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Son həftələrdə Rusiya Ukraynaya müdaxilənin ilkin mərhələlərində zəif çıxış etdiyi güman edilən yüksək səviyyəli komandirləri işdən çıxarıb. Rusiya hərbi sistemində ört-basdır və günah keçisi axtarmaq mədəniyyəti geniş yayılıb”, - məlumatda deyilir.

Məlumata görə, elit 1-ci qvardiya tank ordusuna komandanlıq edən general-leytenant Sergey Kisel Xarkovu almadığı üçün işdən uzaqlaşdırılıb:

“Rusiya Qara dəniz donanmasına komandanlıq edən vitse-admiral İqor Osipov aprel ayında “Moskva” kreyserinin batmasından sonra uzaqlaşdırılıb. Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovun vəzifəsində qalacağı ehtimalı var, lakin Putinin ona güvəndiyi bəlli deyil”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az