ÜST Çinin COVID-19 peyvəndi “Convidecia”nın tətbiqini təsdiqlədi

23:28 - 19 May 2022

ÜST Çinin COVID-19 peyvəndi “Convidecia”nın tətbiqini təsdiqlədi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “CanSino Biologics” şirkəti tərəfindən istehsal olunan “Convidecia” koronavirus peyvəndini fövqəladə hallarda istifadə üçün nəzərdə tutulan dərmanlar siyahısına əlavə edib.

“Bu gün Ümumdünya Səhiyyə Təşkilatı SARS-CoV-2-nin səbəb olduğu COVID-19-un qarşısını almaq üçün ÜST tərəfindən təsdiqlənmiş artan peyvənd portfelinə əlavə olaraq Çində “CanSino Biologics” tərəfindən istehsal olunan “Convidecia” peyvəndi üçün Təcili İstifadə Siyahısını (EUL) açıqlayıb”, – deyə ÜST-ün bəyanatında bildirilir.

Manşet.az xəbər verir ki, “Convidecia”nın modifikasiya olunmuş insan adenovirusuna əsaslandığı bildirilir. Təsdiqlənmiş peyvənd tək komponentdən ibarətdir.

ÜST-ün məlumatına görə, “Convidecia”nın COVID-in simptomatik formasına qarşı effektivliyi 64%, ağır formasına qarşı isə 92% təşkil edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az