“Rusiya NATO-ya üzv olmaqdan özü imtina edib” - Entoni Blinken

09:59 - 20 May 2022

“Rusiya NATO-ya üzv olmaqdan özü imtina edib” - Entoni Blinken

“NATO-nun Rusiyaya qarşı heç bir aqressiv niyyəti yoxdur. Alyans heç vaxt Rusiyaya hücum etməyib, etməyəcək də”.

 

Manset.az “Kommersant”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken amerikalı aparıcı Stiven Kolberə müsahibəsində deyib.

Blinken, həmçinin xatırladıb ki, Rusiya bir zamanlar NATO-ya üzv olmaqla bağlı təklifi rədd edib: “Bilirsinizmi, hələ 1990-cı illərdə Rusiyanın NATO-ya üzv qəbul edilməsindən danışılırdı. Rusiyalılar isə bunu qəbul etmədi”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az