Buçada rusiyalı hərbçilərin cinayətlərinin yeni sübutları - FOTO/VİDEO

10:20 - 20 May 2022

Buçada rusiyalı hərbçilərin cinayətlərinin yeni sübutları - FOTO/VİDEO

“The New York Times” rusiyalı hərbçilərin martın 4-də Buçada ən azı səkkiz ukraynalını edam etməsi barədə kadrlar təqdim edib.

 

Manset.az xəbər verir ki martın 4-də müşahidə kameraları tərəfindən lentə alınan ilk videoda rusiyalı hərbçilərin ukraynalı əsirləri (onların arasında xarakterik mavi köynəkdə olan bir adam da var) necə apardıqları göstərilir. Əsirlər daha sonra müvəqqəti bazaya çevrilən yaxınlıqdakı ofis binasının arxasına aparılır.

Şahidlərin göndərdiyi ikinci videoda binanın arxasında baş verənlər əks olunub: atəş səsləri eşidilib, bundan sonra məhbuslar aparıldıqları yerdən qayıtmayıblar.

Martın 5-də drondan çəkilmiş üçüncü videoda ofis binasının yaxınlığında yerdə uzanmış cəsədlər və onların yanında mühafizədə olan iki rusiyalı əsgər görünür. Cəsədlər arasında ilk videodakı mavi köynəkli adam diqqət çəkir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az