Türkiyənin Aydın şəhərində Mehmet Çiçək boşanma prosesində olduğu həyat yoldaşı Zehra Çiçəyi güllələyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mehmet Çiçəklə boşanma prosesində olan həyat yoldaşı Zehra Çiçək arasında evdə mübahisə olub.
Mübahisə davaya çevriləndə Mehmet Çiçək tapança ilə Zehra Çiçəyə atəş açıb.
Güllələrdən 4-ü qaçmağa çalışan qadının kürəyinə dəyib.
Atəş səsini eşidən qonşular tərəfindən hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib.
4 uşaq anası olan Zəhra Çiçəyin hadisə yerində keçindiyi müəyyən edilib.
Mehmet Çiçək hadisədən sonra polis tərəfindən nəzarətə götürülüb.
