Boris Consonun atası Fransa vətəndaşı oldu

15:56 - 20 May 2022

Boris Consonun atası Fransa vətəndaşı oldu

Böyük Britaniyanın Baş naziri Boris Consonun atası Stenli Conson Fransa vətəndaşlığı alıb.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “BFM” telekanalına Stenli Conson özü açıqlayıb.

81 yaşlı Stenli Consonun sözlərinə görə, o, bu günlərdə anasının doğulduğu Fransa ilə əlaqələrini bərpa edib. O, həmçinin qeyd edib ki, onun oğlu Boris Conson avtomatik olaraq Fransa vətəndaşlığı almaq hüququna malik olmayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az