Hollandiyada ev sahiblərinə kirayə məhdudiyyətləri qoyulacaq.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hollandiya hökuməti orta gəlir qruplarını mənzil çatışmazlığı səbəbindən sürətlə artan ev kirayələrindən qorumaq üçün sərbəst bazar kirayə qiymətlərinə müdaxilə edəcək.
Ev sahibləri evlərini hökumətin müəyyən etdiyi qiymətdən yüksək qiymətə kirayə verə bilməyəcəklər.
Yeni tənzimləmə ilə ayda 1250 avroya qədər icarə haqqı " tələb və təklif oyunundan" qorunacaq.
Yeni plana görə, kirayə haqqı 763 avroya qədər olan aztəminatlı qruplara bələdiyyələr tərəfindən kirayə verilən sosial evlər kimi azad bazardakı evlər üçün bal sistemi tətbiq ediləcək.
Qiymətləndirmə evlərin ölçüsü və otaqların sayı kimi müəyyən xüsusiyyətlərə görə ediləcək və sosial istisnalar istisna olmaqla, sərbəst bazarda kirayə verilən evlər üçün ən yüksək bala görə 1000 ilə 1250 avro arasında kirayə haqqı müəyyən ediləcək.