G7 ölkələri Ukraynaya 20 milyard dollara yaxın vəsait ayıracaq

20:36 - 20 May 2022

G7 ölkələri Ukraynaya 20 milyard dollara yaxın vəsait ayıracaq

Böyük Yeddilik (G7) ölkələri Ukraynaya 19,8 milyard dollar məbləğində qısamüddətli maliyyə yardımı göstərməyə razılaşıblar.

Manşet.az xəbər verir ki, bu barədə ABŞ, Kanada, Yaponiya, Almaniya, Fransa, İtaliya və Böyük Britaniyanın maliyyə nazirlərinin yekun bəyanatında deyilir. Qeyd olunur ki, pul Ukraynaya təcili maliyyə ehtiyaclarını ödəməyə yönəldiləcək.

“Biz 19,8 milyard dollar büdcə dəstəyini səfərbər etdik... Ukraynaya maliyyə çatışmazlığını aradan qaldırmağa və Ukrayna xalqına əsas xidmətlər göstərməyə davam etməyə köməklik göstərdik. “Biz bu müharibə boyu və ondan sonrakı müddətdə Ukraynanı dəstəkləməyə davam edəcəyik və lazım gəldikdə daha çox şey etməyə hazırıq”, - məlumatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az