Cenevrə hava limanının yaxınlığında yanğın - uçuşlar dayandırıldı

23:00 - 20 May 2022

Cenevrə hava limanının yaxınlığında yanğın - uçuşlar dayandırıldı

İsveçrənin Cenevrə hava limanı yaxınlığında yanğın baş verib.

Manşet.az xəbər verir ki,  hadisə hava limanının uçuş zolağı yaxınlığında qeydə alınıb. Yanğınla əlaqədar bütün uçuşlar və enişlər dayandırılıb.

Hadisə yerindən görüntülər sosial şəbəkədə yayılıb. Videoda yerdən qara tüstü qalxdığı görünür.

Sosial şəbəkələrdə yazıblar ki, yanğın sığınacaq axtaran şəxslərin qəbulu binasında baş verib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az