“Qazprom” Finlandiyaya qaz nəqlini dayandırdı

23:23 - 20 May 2022

“Qazprom” Finlandiyaya qaz nəqlini dayandırdı

Rusiya törəmə şirkəti olan “Qazprom Export” mayın 21-dən Finlandiyaya qaz nəqlinin dayandırıldığını təsdiqləyib.

Manşet.az  xəbər verir ki, holdinq Finlandiya tərəfdən aprel ayı üçün ödəniş almadığını bildirib.

“Qazprom Export”un məlumatına görə, Finlandiyaya qaz tədarükünü dayandırmaq qərarına Rusiyanın rublla ödənişləri tələb edən yeni qaydalarına uyğun olaraq aprel ayında təhvil verilmiş qazın ödənilməməsi səbəb olub.

Rusiya şirkəti əlavə edib ki, onlar Finlandiyanın dövlətə məxsus “Qasum” topdansatış şirkətinin başlatdığı arbitraj prosesində öz maraqlarını müdafiə edəcəklər. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az