Gürcüstanda 2 dəfə zəlzələ olub

10:14 - 21 May 2022

Gürcüstanda 2 dəfə zəlzələ olub

Bu gün səhər saatlarında Gürcüstanda iki dəfə zəlzələ baş verib.

Manset.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Tbilisi vaxtı ilə saat 06:12-də 3,6 maqnitudalı yeraltı təkanlar Borjomi şəhəri (Samtsxe Cavaxeti bölgəsi) yaxınlığında qeydə alınıb. Növbəti 3,3 maqnitudalı zəlzələ isə saat 08:42-də Dedoplitskaro şəhəri (Kaxeti bölgəsi) yaxınlığında olub.

Dağıntılar və tələfat barədə məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az