Bu tarixdən İrəvan-Antalya uçuşları başlayır

14:45 - 21 May 2022

Bu tarixdən İrəvan-Antalya uçuşları başlayır

İyunun 14-dən “FlyOne Armenia” İrəvan-Antalya-İrəvan marşrutu üzrə birbaşa qeyri-müntəzəm reyslərə başlayır.

 

Manset.az "Sputnik-Armeniya"ya istinadən xəbər verir ki, bu haqda şirkətin mətbuat xidməti məlumat yayıb

Bildirilib ki, reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 110 avrodan başlayır.

Bundan əvvəl Türkiyənin aviasiya hakimiyyəti “FlyOne Armenia” nın Avropa ölkələrinə uçuşlar üçün onun hava məkanını keçməsindən imtina edib. Nəticədə iyunun 10-dək İrəvan-Lion-İrəvan və İrəvan-Paris-İrəvan marşrutları üzrə uçuşlar təxirə salınıb.

Qeyd edək ki, aviaşirkət İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirməkdə davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az