Rusiya Bayden və Blinkeni qara siyahıya SALDI

19:42 - 21 May 2022

Rusiya Bayden və Blinkeni qara siyahıya SALDI

Rusiya ABŞ-a qarşı yeni əks-sanksiyalar tətbiq edib.

Manşet.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın 963 vətəndaşının ölkəyə girişini qadağan edib.

Siyahıdakı şəxslər arasında ABŞ Prezidenti Co Bayden, Dövlət katibi Entoni Blinken, vitse-prezident Kamala Harris, ABŞ Prezidentinin oğlu Hanter Bayden, Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey və digərləri var.

Rusiya XİN bildirib ki, ABŞ-ın “düşmənçilik hərəkətləri” bundan sonra da lazımi şəkildə cavablandırılacaq.

Eyni zamanda, Rusiya Kanadaya qarşı da əks-sanksiyalar tətbiq etməyi planlaşdırır. XİN-in bununla bağlı bəyanatında deyilir ki, Rusiya cavab tədbiri olaraq, yaxın vaxtlarda 26 Kanada vətəndaşına, o cümlədən Kanada Baş nazirinin xanımına, hərbi hava, hərbi dəniz qüvvələrinin və quru qoşunlarının komandanlığına qarşı sanksiya tətbiq edəcək. Onlara Rusiyaya giriş qadağan olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az