İrəvanın mərkəzindəki Fransa meydanında müxalifətin mitinqi başlayıb.
Manşet.az xəbər verir ki, hazırda erməni siyasətçiləri çıxış edir.
Saat 18:00 radələrində insanlar çadır şəhərciyinin yerləşdiyi meydana toplaşmağa başlayıblar, saat 18:40-da meydan demək olar ki, tamamilə insanlarla dolub.
Ermənistan polisinin xüsusi təyinatlıları meydanın yaxınlığında növbətçilik edir.