Rumıniya xal qalmaqalına görə “Avroviziya”dan çıxa BİLƏR

20:12 - 21 May 2022

Rumıniya xal qalmaqalına görə “Avroviziya”dan çıxa BİLƏR

Rumıniya gələcəkdə "Avroviziya"da iştirakdan imtina edə bilər və nsifləheyətinin qiymətləndirmərini ləğetdiyinə rə Avropa YayıBirliyini hkəyə verməbarədə düşür.

Manşet.az xəbər verir ki, bu haqda Rumıniyanın TVR telekanalının direktoru Dan Turturika açıqlama verib.

Turturika sosial şəbəkədə, “Mən “Avroviziya” da iştirakdan imtina məsələsində TVR rəhbərliyini şəxsən dəstəkləyəcəm, biz Avropa Yayım Birliyini məhkəməyə vermək və imicimizə dəyən ziyana görə kompensasiya tələb etmək variantını düşünürük”,- yazıb.

Turturika vurğulayıb ki, təşkilatçılar yarımfinaldan sonra vəziyyəti təkbaşına düzəltmək üçün ölkələri problemlərlə bağlı vaxtında xəbərdar etmək istəməyiblər. O hesab edir ki, Avropa Yayım Birliyi altı ölkənin ictimai televiziya kanallarına qarşı son dərəcə hörmətsiz davranıb və buna görə üzr istəmək niyyətində deyil.

Qeyd edək ki, mayın 14-də Turində keçirilən “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsi peşəkar münsiflər heyəti və tamaşaçıların səsverməsinin nəticələrinə görə 631 xal toplayan Ukraynanın qələbəsi ilə başa çatıb. Rumıniya nümayəndə heyətinin rəhbəri İuliana Marçuk bildirib ki, müsabiqənin təşkilatçıları Rumıniya münsiflər heyətinin verdiyi qiymətləri yenidən bölüşdürərək, Moldovaya deyil, ən yüksək balı Ukraynaya verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az