Küveytdə 8 iranlı dənizçi saxlanıldı

22:39 - 21 May 2022

Küveytdə 8 iranlı dənizçi saxlanıldı

Küveyt təhlükəsizlik qüvvələri ölkənin ərazi sularında dizel qaçaqmalçılığı ilə məşğul olan 8 iranlı dənizçini yaxalayıb.

Manşet.az xəbər verir ki, Küveytin “Əl-Kabes” qəzetinin məlumatına görə, sahil mühafizə qruplarının Küveytin ərazi sularında 240 ton dizellə dolu gəmini ələ keçirdiyi, göyərtəsində olan 8 iranlı dənizçinin nəzarətə alındığı bildirilib.

Bildirilir ki, əsir götürülən iranlı dənizçilər qonşu Körfəz ölkələrindən birinə satmaq üçün Küveytdən dizel qaçaqmalçılığı keçirdiklərini etiraf ediblər və onlar prokurorluğa müraciət ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az