"Heç kim ərimi məndən ala bilməz" - Yelena Zelenskaya

10:13 - 23 May 2022

\"Heç kim ərimi məndən ala bilməz\" - Yelena Zelenskaya

Ukrayna lideri Volodimir Zelenski həyat yoldaşı Yelena ilə işğal başlayandan bəri ikinci dəfə bir araya gəlib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, televiziya kanalına müsahibə verən cütlük çay içib söhbət edib. 

Ukraynanın birinci xanımı “Heç kim ərimi məndən ala bilməz. Müharibə belə” deyib.

O, ərini iki ay yarımdır görmədiyini və bu müsahibə sayəsində ilk dəfə belə uzun müddət keçirmə fürsəti əldə etdiklərini bildirib:

“Bütün ukraynalı ailələr kimi bizim ailəmiz də dağıldı. Biz onu (Zelenski) demək olar ki, görə bilmədik. Yalnız telefonla əlaqə saxladıq. Müsahibə üçün xüsusi olaraq təşəkkür etmək istəyirəm. Bu, bizə birlikdə vaxt keçirməyə imkan verdi”.

Müharibənin ilk anlarını izah edən Yelena Zelenskaya “Oyandım və çöldən qəribə səslər eşitdim. Bayırda hələ qaranlıq idi və gördüm ki, Volodimir yanımda deyil. O biri otağa keçdim, o artıq geyinmişdi. Ondan nə baş verdiyini soruşdum, o, “başladı” dedi. Həmin ankı hisslərimi təsvir edə bilmirəm. Bu, bir-birimizi uzun müddətlik sonuncu görüşümüz idi" bildirib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az