Rusiya müharibədə istədiyi uğuru əldə edə bilmədiyi üçün ölkədə Putinin yerinə kimin gələcəyi müzakirə edilməyə başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya-Latviya mediası Meduza Kremldəki mənbələrin Putindən narazılıq xəbərlərini sızdırdığını iddia edib.
Gündəmə bomba kimi düşən iddiaya əsasən, nəinki rus xalqı, hətta bütün rus elitası indi Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdən getməli olduğunu düşünür.
Rusiyalı iş adamları və dövlət məmurları sanksiyalara görə çox çətin dövr keçirirlər və indi Putinlə bağlı narahatlığını gizlətmək bir yana, onun yerinə kimin keçəcəyindən danışmağa başlayıblar.
Maraqlısı da odur ki, Rusiya kəşfiyyatı da Putinin Ukrayna müharibəsi ilə bağlı bacarıqsızlığı ilə razılaşıb.
Kreml mənbələri bildirir ki, Rusiya prezidenti Ukraynanın işğalı zamanı demək olar ki, hamını ona qarşı çıxmağa məcbur edib.
Yüksək rütbəli rusiyalı məmurlar Vladimir Putinsiz hökumət planlaşdırırlar.
Kreml rəsmiləri və Rusiya elitası arasında demək olar ki, heç kim Putindən razı deyil.
İki hökumət rəsmisi tərəfindən də təsdiqlənən iddiada deyilir ki, “İş adamları və bir çox hökumət üzvləri prezidentin sanksiyaların miqyasını nəzərə almadan müharibəyə başlamasından narazıdırlar və belə sanksiyalarla yaşamağı qeyri-mümkün hesab edirlər”.
Rusiyada müharibədən irəli gələn problemlər artıq göz qabağındadır və yayın ortalarına qədər bir çox müxtəlif aspektlərdə, nəqliyyat, tibb, hətta kənd təsərrüfatı və s.-də problemlər olacaq.
Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat direktoru dünən bəyan edib ki, Putin hər hansı sui-qəsd cəhdindən qaçmaq üçün tabeliyində olanlarla sıx əlaqəni kəsib.