Bu aviaşirkətlər Türkiyəyə birbaşa uçuşları bərpa EDƏCƏK

19:04 - 25 May 2022

Bu aviaşirkətlər Türkiyəyə birbaşa uçuşları bərpa EDƏCƏK

İsrail aviaşirkətləri Türkiyəyə birbaşa uçuşları bərpa edəcək.

Manşet.az xəbər verir ki, bu barədə “Yeş Atid” partiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bununla bağlı İsrailin turizm naziri Konstantin Razvozov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında keçirilən görüşdə razılıq əldə olunub, “Turizm naziri K.Razvozov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında bu gün keçirilən görüşdə İsrail aviaşirkətləri tərəfindən həyata keçiriləcək ölkələr arasında birbaşa uçuşlar haqqında saziş üzərində işə başlamaq barədə razılıq əldə olunub”, - məlumatda deyilir.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri son 15 ildə ilk dəfə İsrailə səfər edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az