“Qərbdən ərazilərin verilməsi ilə bağlı çağırışlar var” - Zelenskinin ofisi

20:57 - 25 May 2022

“Qərbdən ərazilərin verilməsi ilə bağlı çağırışlar var” - Zelenskinin ofisi

Qərbdən Ukraynaya ərazilərin verilməsi ilə bağlı çağırışlar edilib.

Manşet.az xəbər verir ki, bu haqda Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.

 “Avropada rusiyayönlü lobbiçilər yavaş-yavaş başlarını qaldırmağa başlayırlar. Bu gün müəyyən siyasətçilər bizə yeni gündəm təklif edir: atəşkəs, dondurulmuş münaqişə və sülh naminə ərazilərin bir hissəsinin təhvil verilməsi. Qərbin nəzərində sözün əsl mənasında aşağıdakıları oxumaq olar: “Biz müharibədən əvvəlki köhnə həyat tərzini qaytarmaq istəyirik, hansısa güzəştlərlə razılaşın”, - deyə Podolyak bildirib.

Onun sözlərinə görə, Ukrayna bu müzakirədə iştirak etməyəcək. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az