Ukrayna müharibəsindəki son vəziyyət - Putin şərtini AÇIQLADI

13:17 - 26 May 2022

Ukrayna müharibəsindəki son vəziyyət - Putin şərtini AÇIQLADI

Rusiya ərzaq daşıyan gəmilərin Ukrayna limanlarını tərk etməsinə icazə vermək şərtini açıqlayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Ukraynaya təcavüzü gözlənilən qlobal ərzaq böhranına səbəb oldu və külli miqdarda taxıl və digər zəruri mallar anbarda qalıb.

Avropanın ən böyük taxıl ixracatçısı olan Ukrayna müharibə şəraiti səbəbindən taxıl təmin edə bilməsə də, onsuz da qlobal miqyasda mübarizə aparan iqtisadiyyat daha çətin şərtlərlə üzləşməyə başlayıb.

Fevralın 24-də Rusiyanın işğalından sonra Ukraynanın Qara dənizdəki limanları bağlanıb və milyonlarla ton taxıl Ukraynada qapalı qalıb.

Rusiya dünyanın təşvişə düşməsinə səbəb olan bu vəziyyətə son qoymaq üçün şərtini bəyan edib.

“Business Insider” qəzetində yer alan xəbərə görə, Rusiya bəzi sanksiyaların qaldırılacağı təqdirdə ərzaq ixracatını daşıyan gəmilərin Ukraynanı tərk etməsinə icazə verəcəyini bildirib.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bu barədə açıqlama verib: 

“Biz dəfələrlə məsələni müzakirə etmişik və bildirmişik ki, ərzaq probleminin həlli kompleks yanaşma, o cümlədən Rusiyanın ixracına və maliyyə əməliyyatlarına qarşı sanksiyaların götürülməsini tələb edəcək”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az