Ermənistanda müxalifət yenidən aksiya keçirir

18:48 - 26 May 2022

Ermənistanda müxalifət yenidən aksiya keçirir

Ermənistanın müxalif “Müqavimət” hərəkatının üzvləri yürüş keçirir.

Manşet.az xəbər verir ki, yürüş iştirakçıları hökumət binasına çataraq “Nikolsuz Ermənistan” şüarları səsləndiriblər.

Müxalifətin məlumatına görə, hökumət binasında Baş nazir Nikol Paşinyanla Monteneqro Prezidenti Milo Cukanoviç arasında görüş keçirilir. Hərəkatın koordinatoru İşxan Saqatelyan rupor vasitəsilə Monteneqro prezidentinə müraciət edərək onun qeyri-legitim Baş nazirlə görüşdüyünü qeyd edib.
Polis bir neçə cərgədə hökumət binasını mühasirəyə alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az