Rusiya hərbçiləri Xarkovu atəşə tutub- Ölən və yaralananlar var

23:53 - 26 May 2022

Rusiya hərbçiləri Xarkovu atəşə tutub- Ölən və yaralananlar var

Rusiya hərbçilərinin Xarkovu atəşə tutması nəticəsində biri beş aylıq körpə olmaqla 8 nəfər həlak olub.

Manşet.az xəbər verir ki, bu barədə Milli Polisin rəhbəri İqor Klimenko feysbuk səhifəsində bildirib.

Klımenkonun sözlərinə görə, bugünkü atəş nəticəsində daha 17 nəfər yaralanıb.

Ukraynanın Baş Prokurorluğunun məlumatına görə, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 240 uşaq ölüb, 436 uşaq güllə və qəlpə yarası alıb. Rusiyanın hücumları nəticəsində 676 uşaq müxtəlif dərəcəli xəsarət alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az