Rusiya Donetsk və Luqanska tam nəzarət etmək İSTƏYİR

00:57 - 27 May 2022

Rusiya Donetsk və Luqanska tam nəzarət etmək İSTƏYİR

Rusiya ordusu ölkənin şərqindəki Donetsk və Luqansk vilayətlərinə nəzarəti əldə saxlamağa çalışır.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı açıqlama yayıb.

Ukrayna Baş Qərargahının Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov Luqansk vilayətində vəziyyətin ağır olduğunu bəyan edib:

“Ancaq biz vəziyyəti dəyişmək üçün bütün gücümüzlə çalışırıq”.

Rus ordusunun havadan və qurudan hücumlar təşkil etdiyini deyən Qromov qələbə üçün əllərindən gələni etdiklərini vurğulayıb:

"Tərəfdaş ölkələr tərəfindən müasir silahların tədarükü bizim qələbəmizi sürətləndirəcək".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az