İtə oxşamaq üçün 2 milyon xərclədi – FOTO/VİDEO

11:35 - 27 May 2022

İtə oxşamaq üçün 2 milyon xərclədi – FOTO/VİDEO

Yaponiyada öz sevimli it cinsinə bənzəmək istəyən kişi realist “border collie” kostyumu üçün 2 milyon yen (təxminən 26 790 AZN) xərcləyib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, adı sadəcə “Toko” olaraq bildirilən bu adam kostyumu tikmək üçün Yaponiyada heykəllər və maketlər istehsalı ilə tanınan “Zeppet” şirkəti ilə razılaşıb. 

Kostyumun hazırlanması 40 gün çəkib. 

Toko kostyumu tamamlamaq üçün çoxlu məşq etdiyi, kostyumun isə bir çox reviziyalardan keçdiyi bildirilib.

O, bu barədə açıqlama verib:

"Dördayaqlı heyvanlar ən çox sevdiyim heyvanlardır. Onların arasında mənim ölçümə yaxın olan böyük bir heyvanın real bir model olacağı üçün yaxşı görünəcəyini düşündüm və it kostyumuna qərar verdim. Bunun üçün mən ən ən çox sevdiyim it cinsini, “collie”ni seçdim”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az