Rusiya ordusu Donbasda daha da irəliləyəcək.
Manset.az xəbər verir ki, bunu NATO-nun ehtiyatda olan generalı Hans Lotar Domrese deyib.
Domrese bildirib ki, Rusiya silahlı qüvvələri say baxımından ukraynalılardan üstündür:
“Ukraynalılar ən yaxşı halda hücumu gecikdirə bilərlər, amma dayandıra bilməzlər. Onlar əsgərlərinin sağ qalması üçün geri çəkilməli olacaqlar. Bununla belə, payızdan başlayaraq ukraynalılar daha ciddi müqavimət göstərə biləcəklər”.
O qeyd edib ki, təxminən altı aydan sonra ölkədə daha çox Qərb silah sistemləri olacaq:
“Və Ukrayna əsgərləri onlardan istifadə üsullarını daha yaxşı öyrənəcək. Ona qədər Ukrayna ordusu hələ də ağır zərbələr almağa məcbur olacaq. Lakin Ukrayna dözə bilsə, zaman onun xeyrinə dəyişəcək”.