Meymunçiçəyi bu ölkəyə də çatdı

17:46 - 27 May 2022

Meymunçiçəyi bu ölkəyə də çatdı

Finlandiyada həkimlər ilk meymunçiçəyi xəstəliyini qeydə alıblar. Bu barədə Helsinki Universiteti Xəstəxanasının (HUS) mütəxəssisləri məlumat veriblər.

 

Manset.az xəbər verir ki, “HUS Finlandiyada ilk meymunçiçəyi hadisəsini təsdiqlədi. Xəstə sağalır. Şübhə ilə bağlı çərşənbə günü məlumat vermişdik”, - deyə həkimlər bildiriblər.

Bundan əvvəl Finlandiyada insanda meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə bağlı ilk hal müəyyən edilmişdi. Qeyd olunur ki, ortopoks qrupuna aid virusun törətdiyi infeksiya yetkin kişidə aşkarlanıb. O, Avropaya səyahət edərkən yoluxub. Qeyd olunur ki, evdə müalicə alan xəstənin halı narahatlıq doğurmur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az