Gürcüstanın paytaxtı Tbilisidə atışma olub.
Manşet.az xəbər verir ki, hadisə Vake rayonunda, Arakişvili küçəsində baş verib.
Məlumata görə, işıqforda dayanan avtomobildəki şəxslərə təxminən 10 atəş açılıb. Hadisə zamanı 2 nəfər güllə yarası alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Daxili İşlər Nazirliyi hələlik hadisə ilə bağlı açıqlama yaymayıb.