Yeni Zelandiyada koronavirusa qarşı ikinci buster doza tövsiyə EDİLDİ

22:54 - 27 May 2022

Yeni Zelandiyada koronavirusa qarşı ikinci buster doza tövsiyə EDİLDİ

Yeni Zelandiya səlahiyyətliləri xəstəliyə yoluxma və onu ciddi şəkildə keçirmə riski artan hər kəsə koronavirusa qarşı dördüncü peyvəndi tövsiyə edirlər.

Manşet.az xəbər verir ki, bu barədə hökumətin saytında məlumat qeyd olunub.

2022-ci il iyulun 1-dən etibarən ikinci buster dozanın vurulmasına başlanacaq.

Bildirilir ki, “ikinci buster peyvəndlə immunlaşdırma ən həssas kateqoriyalı vətəndaşlar üçün son dərəcə vacibdir və soyuqdəymələrin mövsümi pik dövrü bitənə qədər aparılmalıdır”.

İkinci buster doza birincidən altı aydan gec olmayaraq vurulmalıdır. Koronavirusa yoluxub sağalanlar üç ay sonra peyvənd edilməlidirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az