Rusiyada azərbaycanlı adının "qəribəliyinə" görə saxlanıldı

19:11 - 29 May 2022

Rusiyada azərbaycanlı adının \"qəribəliyinə\" görə saxlanıldı

Rusiyanın paytaxtı Moskvanın hava limanında "Ya Zamir" ("Я Замир", tərc.: Mən Zamirəm-red) yazılı plakat tutan Azərbaycan vətəndaşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salma şübhəsi ilə saxlanılıb.

Manset.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Viktor Şenderoviç feysbuk hesabında yazıb.

Məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanları onun bu yazısını sülhə çağırış ("Я за мир", tərc.: "Mən sülh tərəfdarıyam") kimi başa düşdüyü üçün saxlayıb. Saxlanılan azərbaycanlının adının Zamir olması müəyyən ediləndən sonra o, sərbəst buraxılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az